DÜNYA ÖZ XƏBƏR

Yeniyetmələr pnevmatik silahla 12 yaşlı uşağı yaraladı

Novosibirskdə yeniyetmələr pnevmatik silahla buz meydançasının hasarına atəş açıb və 12 yaşlı oğlanı yaralayıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə şəhərin Nijniy Yelçovka rayonunda baş verib.

Uşaq meydançada olarkən yaşca böyük yeniyetmələrin pnevmatik tapançadan atəş açdığını görüb. Birdən o, ayağında kəskin ağrı hiss edib və vurulduğunu anlayıb. Anasının sözlərinə görə, hadisədən sonra onun dizində şiş əmələ gəlib. Ailə hüquq-mühafizə orqanlarına müraciət edib, məsələ araşdırılır, atəş açan yeniyetmələrin şəxsiyyəti müəyyənləşdirilir.

Ayxan 

Oxşar Xəbərlər