MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Alla Puqaçovanın qəsri uçmaq təhlükəsi ilə üz-üzədir

SSRİ-nin xalq artisti Alla Puqaçovaya məxsus Moskva ətrafındakı Qryaz kəndində yerləşən qəsr torpaq xüsusiyyətlərinə görə uçmaq təhlükəsi ilə qarşılaşa bilər.

32gun.az xəbər verir ki, bu barədə şoumen Stas Baretski danışıb, onun sözlərini NEWS.ru yayıb.

Baretskinin sözlərinə görə, kənddə torpaq yumşaqdır və ağır tikililər üçün uyğun deyil. Qəsrin çay sahilində yerləşməsi və ağırlığı ilə su axınını bağlaması onun dağılmasına səbəb ola bilər.

Şoumen binanın kəndə tərəf aşmaq təhlükəsi daşıdığını bildirib və satışının çətin olacağını qeyd edib. O, qəsrin təmir və yenidən boyanması üçün maliyyə ayırmağa hazır olduğunu deyib.

“Qara rəngdə kif az bilinər. Yaxşı rəngdir, ritual xarakterlidir”, – deyə Baretski vurğulayıb.

Bundan əvvəl isə kp.ru yazmışdı ki, Alla Puqaçova əsasən Kiprdə tək yaşayır.

Ayxan 

Oxşar Xəbərlər