Sankt-Peterburqun Krasnoselsk rayonunda 7 yaşlı qız zorakılığa məruz qalıb və xəstəxanaya yerləşdirilib. Cinayətdə onun atasının şübhəli bilindiyi bildirilir.
32gun.az bildirir ki, bu barədə 78.ru məlumat yayıb.
İlkin məlumata görə, 30 yaşlı kişi dostu ilə birlikdə qadağan olunmuş maddələr qəbul edib. Hadisə zamanı mənzildə üç azyaşlı uşaq olub. Bir müddət sonra onlardan biri bacısının çığıraraq kömək istədiyini eşidib və dərhal anasına zəng edib.
Evdə qızını qan içində tapan ana dərhal tibbi və hüquq-mühafizə orqanlarına müraciət edib. Uşaq xəstəxanaya yerləşdirilib, təqsirləndirilən şəxs saxlanılıb. Onun daha əvvəl də məhkum olunduğu bildirilir.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıb, araşdırmalar davam edir.
Nilay