Moskva vilayətinin Ximki Rayon Məhkəməsi milyarder Andrey Ablitarovun oğlu Artyom Ablitarovu dələduzluğa görə üç il azadlıqdan məhrum edib. O, sevgilisinin imzasını saxtalaşdıraraq ona məxsus Mercedes avtomobilini satıb və daha sonra onu kredit götürməyə razı salıb.
32gun.az-ın RIA Novosti-yə istinadən məlumatına görə, Ablitarov Rusiyanın Cinayət Məcəlləsinin xüsusilə böyük məbləğdə dələduzluq maddəsi ilə təqsirli bilinib və ümumi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzası çəkəcək. Bundan əlavə, məhkəmə ona nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı fəaliyyətlə məşğul olmağı da qadağan edib.
Qeyd edək ki, Artyom Ablitarov əvvəllər də müxtəlif cinayət işlərində adının hallanması ilə gündəmə gəlib. 2022-ci ildə Moskvanın Zamoskvoreçye Rayon Məhkəməsi onu sərxoş halda avtomobil idarə etdiyinə görə 200 saat ictimai işlərə məhkum edib. Daha sonra sevgilisini döyməsi ilə bağlı cinayət işi açılıb və o, təqsirini etiraf edərək maddi kompensasiya ödəyib. Həmin vaxt Həmovniki Rayon Məhkəməsi ona 470 saat məcburi əmək və iki il sürücülük hüququndan məhrumetmə cəzası vermişdi.
Ayxan