DÜNYA ÖZ XƏBƏR

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (İCC) qarşı maliyyə və viza sanksiyalarını nəzərdə tutan fərman imzalamağa hazırlaşır.

32gun.az bildirir ki, bu barədə NBC News məlumat yayıb.

Sanksiyalar İCC-in ABŞ və onun müttəfiqləri, xüsusilə İsrailə qarşı araşdırmalar aparan vəzifəli şəxslərinə və onların ailələrinə şamil ediləcək. Tramp məhkəməni ABŞ və İsrailə qarşı əsassız təqiblərdə ittiham edib.

Qeyd edək ki, Tramp administrasiyası 2020-ci ildə də İCC əməkdaşlarına qarşı sanksiyalar tətbiq etmişdi. Həmin addım məhkəmənin ABŞ hərbçilərinin Əfqanıstandakı mümkün hərbi cinayətlərini araşdırması ilə bağlı atılmışdı.

Ayxan 

Oxşar Xəbərlər