DÜNYA ÖZ XƏBƏR

Finlandiyalı yeniyetmə Rusiya sərhədini tək keçib

Rus sərhədçiləri Finlandiya ilə sərhədi qanunsuz keçən yeniyetməni saxlayıb.

32gun.az bildirir ki, bu barədə Yle tele-radio şirkəti məlumat yayıb.

Məlumata görə, hadisə 31 yanvarda Finlandiyanın cənub-şərqində, İmatra bölgəsindəki Karxusuo ərazisində baş verib. Yeniyetmə sərhədi təkbaşına keçib və qısa müddət sonra Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.

Finlandiya sərhəd mühafizəsinin leytenantı Matti Rantasenin sözlərinə görə, yeniyetmənin ailəsi baş verənlərdən çox narahatdır və onun hazırkı vəziyyəti barədə məlumatları yoxdur.

Finlandiya hakimiyyəti ümid edir ki, Rusiya yeniyetməni rəsmi sorğu əsasında geri qaytaracaq. Hadisə ilə bağlı Finlandiya Xarici İşlər Nazirliyi və polis məlumatlandırılıb.

Ayxan 

Oxşar Xəbərlər