DÜNYA ÖZ XƏBƏR

Yaşayış binasının mənzilində iki nəfərin meyiti tapılıb

Rusiyanın Volqoqrad vilayətinin Voljski şəhərində iki nəfərin meyiti tapılıb. Onların çoxsaylı bıçaq xəsarətləri aldığı bildirilir.

32gun.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Məlumata görə, 6 fevral axşam saatlarında Olo-moutska küçəsindəki mənzillərdən birində yerli sakin və onun tanışının cəsədi aşkarlanıb. İlkin araşdırmalara əsasən, hər iki şəxs bədənlərinin müxtəlif nahiyələrindən bıçaq zərbələri alaraq ölüb.

Hadisə ilə bağlı iki nəfərin qəsdən öldürülməsi maddəsi üzrə cinayət işi açılıb. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu çalışır, Volqoqrad vilayətindən gələn kriminalistlər də araşdırmalara qoşulub.

Ayxan 

Oxşar Xəbərlər