DÜNYA ÖZ XƏBƏR

3 nəfərə işgəncə verən dəstənin üzvlərinin ifadələri ortaya çıxdı: "İşlərin bu qədər böyüyəcəyini bilmirdim"

İstanbulda iş yerlərinə silahlı hücumlar təşkil edən şəxslər tutulub. Şübhəlilərin mobil telefonlarından yayılan görüntülərdə onların biri qadın olmaqla 3 nəfəri girov götürdükləri, masaj salonunda ağır işgəncələrə və ağlasığmaz cinsi zorakılığa məruz qaldıqları məlum olub.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar “Çekdar” adlı təşkilatın üzvləri olduğu müəyyən edilib. Yaxalanaraq saxlanılan şübhəlilər gətirildikləri məhkəmə tərəfindən həbs edilib. Şübhəli Cihan Ö, "Yağmalama niyyətim yox idi. Hadisələrin bu qədər böyüyəcəyini bilmirdim" deyib.

Şübhəlilər prokurora ifadələrini verdikdən sonra məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib. 

Məlumatda qeyd edilib ki, Özlərini “Çekdar” adlandıran cinayətkar təşkilat İstanbulun müxtəlif rayonlarında 24 və 25 dekabr 2024-cü il tarixlərində Ümraniye rayonunda, 3 yanvar 2025-ci ildə isə Sancaktepe rayonunda iş yerlərinə silahlı hücumlar təşkil edərək silahlı hücumlarda iştirak edib. Sözügedən hücumlarla bağlı Anadolu Respublika Baş Prokurorluğunun Mütəşəkkil Cinayətlər Bürosunun verdiyi təlimatla hərəkətə keçən İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları hadisə ilə bağlı çoxşaxəli araşdırma aparıb. 

Ayxan 

Oxşar Xəbərlər