DÜNYA ÖZ XƏBƏR

Poçt şöbəsində tavan çökdü: qadın və uşaq yaralandı

Rusiyanın Kemerovo vilayətinin Kiselevsk şəhərində “Rusiya Poçtu” şöbəsində tavanın uçması nəticəsində qadın və azyaşlı uşaq xəsarət alıb. B

32gun.az bildirir ki,  bu barədə "Cənubi Kuzbas" Telegram-kanalı məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, qadın 5 yaşlı oğlu ilə poçt şöbəsinə gəlib. Birdən tavanın bir hissəsi qoparaq onların üzərinə düşüb.

İnsidentlə bağlı İstintaq Komitəsi ilkin araşdırmalara başlayıb, həmçinin prokurorluq məsələni nəzarətə götürüb. Zərərçəkənlərin vəziyyəti barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, ötən gün Volqoqradda da oxşar hadisə baş verib – mənzillərdən birində tavan uçub və ev sahibi son anda xilas olub.

Nilay 

Oxşar Xəbərlər