ABŞ administrasiyası Səhiyyə Nazirliyində minlərlə əməkdaşın işdən çıxarılmasını nəzərdə tutan fərman üzərində işləyir.
32gun.az bildirir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Məlumata görə, ixtisarlar Qida və Dərman Administrasiyası (FDA), Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) və digər səhiyyə qurumlarını əhatə edəcək. Hər bir idarəyə əməkdaşların hansı qisminin saxlanılmalı, hansılarının işdən çıxarılmalı olduğunu müəyyənləşdirmək tapşırılıb.
Fərmanın artıq gələn həftə imzalanması gözlənilir, lakin Ağ Ev hələlik yekun qərar verməyib.
Bundan əvvəl CNN, ABŞ administrasiyasının dövlət qulluqçularına ixtisar qarşılığında kompensasiya təklif etdiyini bildirmişdi. Məlumata görə, azı 40 min məmur bu təklifə müsbət yanaşıb və 8 aylıq kompensasiya paketi qarşılığında istefa verməyə razı olub.
Ayxan