DÜNYA ÖZ XƏBƏR

Kişi tanışını tavayla döyərək öldürdü

Sankt-Peterburqda kişi tanışı ilə mübahisə zamanı ona tavayla ağır zərbələr endirərək öldürüb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Hadisə ötən il Poltavskaya küçəsində, binalardan birinin zirzəmisində baş versə də, bu barədə indi məlumat yayılıb.

İlkin məlumata görə, tərəflər arasında münaqişə yaranıb və şübhəli şəxs tanışının başına və bədəninə dəfələrlə tava ilə vurub. Zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində keçinib.

İki aydan çox müddət keçdikdən sonra təqsirkar Saratovda polisə gələrək cinayəti etiraf edib. Faktla bağlı ağır bədən xəsarəti yetirmə maddəsi üzrə cinayət işi açılıb.

İstintaq orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.

Oxşar Xəbərlər