Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Demokratik Konqo Respublikasının şərqindəki Qoma şəhərində laboratoriyadan təhlükəli virusların sızmasının qarşısını alıb.
32gun.az bildirir ki, bu barədə ÜST-ün Konqodakı nümayəndəsi Bureyma Hama Sambo məlumat verib.
Laboratoriyada elektrik kəsintiləri səbəbindən Ebola, Marburq, meymunçiçəyi və COVID-19 viruslarının yayılma riski yaranmışdı. ÜST əməkdaşları lazımi yanacaq tədarük edərək təhlükənin qarşısını alıb. Hazırda laboratoriyadan virus sızması riski yoxdur.
Qeyd edək ki, yanvarın 27-də “Martın 23-ü Hərəkatı” (M23) adlı silahlı qrup Qoma şəhərini ələ keçirdiyini elan edib. Qızıl Xaç Komitəsi və Rospotrebnadzor bölgədəki vəziyyəti diqqətdə saxlayır.
Ayxan