DÜNYA ÖZ XƏBƏR

ABŞ-ın xüsusi nümayəndəsi fevralın sonunda Kiyevə səfər edəcək

ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq fevralın sonunda Kiyevə səfər edəcək.

32gun.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı ABŞ diplomatına Ukraynanın mövcud vəziyyəti, Rusiya ilə münaqişə, cəbhədəki operativ durum və mülki əhalinin müdafiəsi ilə bağlı ətraflı məlumat veriləcək. Həmçinin Mюнhen Təhlükəsizlik Konfransına hazırlıq məsələləri müzakirə olunacaq. Konfransın 14-16 fevral tarixlərində baş tutacağı və ABŞ-ın vitse-prezidenti Cey Di Vensin tədbirdə iştirak edəcəyi gözlənilir.

Bu gün Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Kelloqla görüş keçirib. Görüşün detalları açıqlanmasa da, tərəflərin geniş müzakirələr apardığı bildirilib.

Nilay

Oxşar Xəbərlər