Omsk vilayətində 22 yaşlı oğru 69 yaşlı qadının evinə daxil olaraq ona təcavüz etməyə çalışıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Hadisə 4 fevral gecəsi baş verib. Spirtli içki qəbul etmiş oğru əvvəlcə evdən oğurluq etmək istəyib, lakin qadının tək yaşadığını görüb və ona təcavüz etməyə cəhd edib. Qonşuların müdaxiləsi nəticəsində şübhəli şəxs hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları onu müəyyən edərək saxlayıb. Bildirilir ki, həmin şəxs əvvəllər də məhkum olunub. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Məhkəmə qərarı ilə şübhəli həbs edilib və altı ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.
Nilay