DÜNYA ÖZ XƏBƏR

Gənc futbolçu məktəbli sevgilisini kinoteatra dəvət edərək ona təcavüz edib/ Rusiyada

Moskvanın Danilovskaya sahilində yerləşən kinoteatrda 16 yaşlı futbolçu məktəbli sevgilisini  VIP otağa apararaq təcavüz edib.

32gun.az xəbər verir ki, bu barədə "Regnum" agentliyi mənbəyə istinadən xəbər verib.

İlkin məlumatlara görə, hadisə 5 yanvarda baş verib. Paytaxt klublarından birinin gənc futbolçusu məktəbli qızı kinoya dəvət edib. Lakin ora çatdıqdan sonra qız filmin ümumi zalda yox, VIP otaqda ikilikdə izlənəcəyini öyrənib.

Otaqda tək qaldıqda futbolçu qapını kilidləyib və qıza yaxınlaşmağa başlayıb. Məktəbli etiraz etdikdə futbolçu ona hücum edərək zorlayıb. Daha sonra qızı döyməklə hədələyib və hadisə barədə heç kimə danışmamasını tələb edib.

Qız qorxduğu üçün baş verənlər barədə dərhal danışmayıb. Onun anası yalnız 3 fevralda polisə müraciət edib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Nilay

Oxşar Xəbərlər