MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Britni Spirs keçmiş sevgilisi ilə

Məşhur müğənni Britni Spirs, keçmiş sevgilisi Pol Rixard Solis ilə birgə həkimə gedərkən görüntülənib.

32gun.az PageSix-ə istinadən xəbər verir ki, Spirs, Solisin iki uşağı ilə birlikdə örtülü oyun sahəsində görüldü. Bundan əvvəl isə o, keçmiş həyat yoldaşı ilə Solisin kiçik oğlunu diş həkiminə aparmışdı.

2024-cü ilin may ayında, Britni Spirs ilə Pol Rixard Solis arasında mübahisə baş verdikdən sonra Chateau Marmont otelinin otağına tibb işçiləri gəlmişdi. Mənbələrin sözlərinə görə, otaqda qalarkən cütlük arasında şiddətli mübahisə olub və bu mübahisə döyüşə çevrilib, nəticədə müğənni ayağını zədələyib. Britni Spirs dəhlizdə qışqırıb və özünü idarə edə bilməyib, qonaqlar isə onun ruhi pozğunluğu olduğunu düşünüb və təcili yardım çağırıblar.

Sonra isə müğənninin dostları onun vəziyyəti ilə bağlı narahat olduqlarını bildiriblər.

Nilay 

Oxşar Xəbərlər