MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Böyük ölçülü model makiyajsız və filtrsiz goruntulənib

Eşli Qraham Makiyajsız Görüntüsünü Paylaşdı

Məşhur plus-size model (Böyük ölçülü model) Eşli Qraham sosial şəbəkədə makiyajsız və filtersiz görüntüsünü paylaşıb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı model ağ futbolka, qara şalvar və təbii xəz paltoda kamera qarşısına keçib. O, saçlarını yığaraq sadə tərz yaradıb.

Ötən ilin dekabrında Qraham Londonda Albert-Holl"da keçirilən "Fashion Awards"  mükafatlandırma mərasiminə qatılıb. O, şəffaf ətəkli qara büstqalter-don geyinib və görünüşünü dabanlı sandal, sırğalar, boyunbağı və üzük ilə tamamlayıb. Vizajistlər ona qara laynerli makiyaj ediblər.

2022-ci ilin yanvarında model əkiz oğlan dünyaya gətirib. Ağır doğuşdan sonra o, may ayında işinə qayıdaraq Spanx üçün çılpaq fotosessiya edib və Knix alt geyimi brendi ilə əməkdaşlığa başlayıb.

Nilay 

Oxşar Xəbərlər