MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur reper sevgilisi ilə təyyarədə öpüşərkən görüntülənib

Timati və Valentina İvanova şəxsi təyyarədə öpüşərkən görüntüləndi

Məşhur rusiyalı reper Timati və onun sevgilisi, model Valentina İvanova şəxsi təyyarədə çəkilmiş romantik fotolarını paylaşıb.

32gun.az bildirir ki, "İnstaqram"da yayımlanan şəkillərdə cütlük öpüşərkən və qucaqlaşarkən əks olunub.

İvanova leqin və top geyinib, barmağında isə brilyant üzük görünüb. Timati isə şalvar, qalın sviter və xəz papaqda olub.

Cütlüyün münasibətləri barədə ilk şayiələr 2021-ci ilin qışında yayılıb. Onlar 2022-ci ilin aprelində ilk dəfə birgə tədbirə qatılıblar, həmin ilin dekabrında isə Oksana Samoylova və Ciganın toyunda birlikdə görüntüləniblər.

Nilay 

Oxşar Xəbərlər