DÜNYA ÖZ XƏBƏR

Papa tənəffüs yolu infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Papa Fransisk tənəffüs yolu infeksiyası diaqnozu ilə xəstəxanadadır və vəziyyəti stabildir. Bu barədə fevralın 14-də Vatikan xəbər portalı Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb. 

Qeyd olunur ki, son günlər pontifikin bronxiti kəskinləşib. Səhər saatlarında müayinə və müalicə üçün Aqostino Gemelli klinikasına yerləşdirilib. Testlər Fransisin tənəffüs yolu infeksiyası olduğunu göstərib. 

Portal Vatikanın mətbuat xidmətinin direktoru Matteo Brunidən sitat gətirib: "Papa sakit və əhval-ruhiyyədədir".

Qeyd edilib ki, Papa hazırda yüngül qızdırma keçirir.

Ayxan 

Oxşar Xəbərlər