İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) İsrail ərazisində fəaliyyətini qadağan edən qanunun dərhal icrasına göstəriş verib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahunun sərəncamı İsrail parlamenti tərəfindən qəbul edilib.
Bundan əvvəl UNRWA-nın sözçüsü Juliette Tuma bildirmişdi ki , agentliyin Qəzza zolağı və İordan çayının qərb sahilində fəaliyyətini davam etdirməsi üçün 1 milyard dollara ehtiyacı var.
UNRWA hazırda əlavə maliyyə təmin etmək üçün müxtəlif agentliklər, özəl fondlar və hökumət nümayəndələri ilə danışıqlar aparır, Tuma bildirib.
Ayxan