Kocaelidə qardaşı övladlarına cinsi təcavüz edən iki müttəhimin cəzası açıqlanıb.
32gun.ax Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gölcük rayonunda qardaşı uşaqlarına qarşı cinsi zorakılıq hərəkətləri etdiyi üçün mühakimə olunan iki müttəhim barəsində hökm açıqlanıb.
Kocaeli 4-cü Ağır Cəza Məhkəməsində baxılan işin yekun iclasında müttəhim Serkan U. və tərəflərin vəkilləri iştirak edib. Həbsdə olmayan müttəhim Sertan U. iclasda iştirak etməyib.
Serkan U. ona qarşı irəli sürülən ittihamları rədd edərək, bəraət hökmü çıxarılmasını istəyib.
Məhkəmə qərarını açıqlayaraq,
Serkan U., qardaşı oğlu H.N.U və qardaşı S.N.U "uşağa cinsi istismar" cinayətinə görə ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum ediliblər.
Sertan U "uşağa qarşı cinsi istismar" maddəsi ilə 4 il 6 ay, qardaşı oğlu H.N.U-ya qarşı isə "cinsi təcavüz" maddəsi ilə 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Ayxan