SOSIAL

SON DƏQİQƏ! Nazirllər yanğın baş vermiş əraziyə getdi (YENİLƏNİR)

Baş nazir Əli Əsədov Neft Emalı Zavodunda yanğın baş vermiş əraziyə gəlib.

"32gun.az" xəbər verir ki, o, yanğın baş verən əraziyə baxış keçirib, yanğının söndürülməsi prosesini müşahidə edib.

Qeyd edək ki, bu gün səhər Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb.

***11:49

Xəbər verdiyimiz kimi, bu gün Neft Emalı Zavodunda yanğın hadisəsi baş verib.

"32gun.az" xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gəliblər.
 

Oxşar Xəbərlər