DÜNYA ÖZ XƏBƏR

Tramp Administrasiyasının Rusiya ilə bu AÇIQLAMASI Zelenskinin xoşuna gəlməyə bilər

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı yönəlmiş kəşfiyyat məlumatlarının toplanmasının həcmini azalda bilər.

32gun.əz bildirir ki, NBC News-un mənbələrə istinadən verdiyi məlumata görə , Amerika hakimiyyəti artıq Moskvanı əsas təhlükə hesab etmir.

"Bəzi keçmiş ABŞ kəşfiyyat rəsmiləri narahatdırlar ki, Tramp administrasiyası Rusiyanı hədəf alan kəşfiyyat məlumatlarının toplanmasının həcmini azaltmaq qərarına gələ bilər, çünki ABŞ Rusiyaya daha böyük təhlükə kimi baxmayacaq"- deyə qeyd edilib. 

Kəşfiyyat məlumatlarının toplanmasının azaldılması barədə qərarın Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisəsinə görə deyil , ABŞ-ın şəxsi motivlərinə görə verilə biləcəyi vurğulanır . Xüsusən də kəşfiyyat resurslarının olmaması və ölkə üçün daha vacib işlərdə onlardan istifadə etmək zərurətindən irəli gəlir. Prioritetlərdən biri də Latın Amerikasında narkotik kartellərinə qarşı mübarizədir.

Nilay 

****

-->  

 

Oxşar Xəbərlər