DÜNYA

Ruslar hərbi hissəni atəşə tutdu: Çox sayda ölən var (VİDEO)

Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində rus ordusu hərbi hissəni artilleriya atəşinə tutub. 

32gun.az xəbər verir  ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının sədri Dmitri Jivitski məlumat verib. Onun sözlərinə  görə, insident nəticəsində 70 ukraynalı döyüşçü həlak olub.

Bununla yanaşı, Jivitski Rusiya tərəfdən də böyük itkilərin olduğunu vurğulayıb:

“Şəhərdə çoxlu rus cəsədi var idi, biz onları toplayırıq. Qızıl Xaç Cəmiyyətinin əməkdaşları onları evlərinə aparır”.

Ərazidə xilasedicilər axtarış işlərini davam etdirirlər.

Oxşar Xəbərlər