DÜNYA

Saakaşviliyə növbəti hökm oxundu - Sərhədin qanunsuz keçilməsi ilə bağlı

Xəbər vermişdik ki,  Saakaşviliyə sərhədin qanunsuz keçilməsi ilə bağlı hökm veriləcək.

Tbilisi Şəhər Məhkəməsi 17 mart, bazar ertəsi günü Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə qarşı sərhədin qanunsuz keçilməsi ilə bağlı hökm çıxaracaq. Sabiq prezidentə 3 ildən 5 ilədək həbs cəzası verilə bilər.

Bu gün Gürcüstanda məhkəmə respublikanın keçmiş prezidenti Mixail Saakaşvilini sərhədi qanunsuz keçmə işi üzrə daha 4,5 il müddətinə azadlıqdan məhrum edib.

"32gun.az" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat dərc edib. 

Bildirilir ki, hakim bu müddəti Saakaşvilinin ötən həftə külli miqdarda büdcə vəsaitlərini mənimsədiyinə görə aldığı 9 il həbs cəzasına əlavə edib. Beləliklə, Saakaşvili 12 il 6 ay həbsdə qalacaq. Həbs müddəti onun həbs edildiyi andan - 2021-ci il oktyabrın 1-dən hesablanacaq.

Martın 12-də Tbilisi məhkəməsi Saakaşvilini 3,2 milyon dolların mənimsənilməsi ilə bağlı 9 il həbs cəzasına məhkum etmişdi. Sabiq prezidentə qarşı ittihamlar 2014-cü ildən irəli sürülüb. Gürcüstanın Baş Prokurorluğunun versiyasına görə, Saakaşvili dövlət vəsaitlərini aşpaz xidmətlərinə, yaxta və avtomobil kirayəsinə, jaketlər, palto, saatlar və çılpaq bədənlə çəkilən rəsmlər almağa, eləcə də botoks və epilyasiya prosedurlarına xərcləyib. Sabiq prezident qərarı ironik şəkildə "sürpriz" adlandırıb. "Palto işi" siyasətçinin məhkum olunduğu üçüncü iş olub.

Saakaşviliyə qarşı 2007-ci ildə müxalifət mitinqinin dağıdılması və İmedi telekanalının ofislərinə xüsusi təyinatlıların müdaxiləsi ilə bağlı vəzifə səlahiyyətlərini aşma cinayəti, həmçinin sərhədin qanunsuz keçilməsi ilə bağlı mühakimə prosesləri davam edir. Sonuncu iş 2021-ci il oktyabrın 1-də Saakaşvilinin Tbilisidə saxlanılmasından sonra başlanıb; o, Ukraynadan gəlib və süd məhsulları daşıyan yük maşınında gizlənərək feribotla Gürcüstana keçmişdi.

Ayxan 

Oxşar Xəbərlər