HADİSƏ

Sürücünün cəld reaksiyası avtomobili ağacın altında qalmaqdan xilas etdi - VİDEO

Bugünkü güclü külək Bakıda bir sıra fəsadlar törədib.

Paytaxtın müxtəlif ərazilərində istər ağacların aşması, istərsə də tikililərə ziyan vurması ilə müşahidə olunan hava şəraiti maraqlı görüntülərin yaranmasına da səbəb olub.

32gun.az xəbər verir ki, “Range Rover” markalı avtomobilin sürücüsü maşınını son anda ağacın altında qalmaqdan qurtarıb.

Xoşbəxtlikdən zərbə güclü olmayıb və avtomobilə zərər dəyməyib. Bununla belə, vəziyyətin kritik olduğunu anlayan avtomobilin sahibi nəqliyyat vasitəsini sürətlə ərazidən uzaqlaşdırıb, yalnız bundan sonra ağac yerə aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Görüntüləri təqdim edirik:

Oxşar Xəbərlər