SOSIAL

Türkiyədən sərhəd AÇIQLAMASI — SON DƏQİQƏ

Türkiyənin Azərbaycandakı səfirliyi bu dəqiqələrdə Türkiyə - Ermənistan sərhədinin açılması ilə bağlı xəbərlərlə bağlı rəsmi açıqlamanı yayıb.

32gun.az xəbər verir ki,  Türkiyə Cumhuriyyəti İletişim Başkanlığı Dezenformasyonla Mücadele Merkezinin açıqlamasında deyilir:

"Bəzi media orqanlarında yer alan "Türkiyədən gözlənilməz addım: Ermənilərlə sərhəd açıldı, Bakı xəbərsiz qaldı" iddiası doğru deyil.

Alican (Margara) Sərhəd Qapısı yalnız Ermənistanın Türkiyə üzərindən Suriyaya göndərəcəyi humanitar yardım konvoyunun keçidi və geri dönüşü məqsədilə açılmışdır. 1992-ci ildə qəbul edilən Nazirlər Kabineti qərarı ilə Alican Sərhəd Qapısına yalnız humanitar yardım daşımalarında istifadə olunmaq üçün Müvəqqəti Sərhəd Qapısı statusu verilmişdir.

Ermənistana aid 4 yük maşınından ibarət humanitar yardım konvoyu dünən Iğdır vilayətimizdəki Alican Sərhəd Qapısından daxil olmuşdur.

Yük maşınlarının sabah günorta saatlarında Suriyaya çatması planlaşdırılır. Sözügedən yük maşınları eyni marşrutla Ermənistana geri dönəcəkdir.

Sözügedən sərhəd qapısı sonuncu dəfə 6 fevral 2023-cü ildə ölkəmizdə baş verən zəlzələ fəlakətindən sonra Ermənistanın göndərdiyi humanitar yardım tırlarının iki ayrı konvoy şəklində müxtəlif tarixlərdə iki dəfə giriş/çıxış etməsi üçün istifadə olunmuşdur.

Digər tərəfdən, Alican Sərhəd Qapısı, Normallaşma Prosesi Xüsusi Nümayəndələrinin 30 iyul 2024-cü ildə ortaq sərhəddə keçirdikləri beşinci görüş çərçivəsində qarşılıqlı piyada keçidləri üçün də istifadə olunmuşdur.

Bundan əlavə, bu qapı Türkiyə-Ermənistan sərhəd komissiyalarının sərhəd məsələləri ilə bağlı keçirdikləri mütəmadi görüşlər çərçivəsində də istifadə edilir.

Ermənistanın Türkiyə üzərindən Suriyaya humanitar yardım göndərmək istəyi ilə bağlı 24 fevral 2025-ci ildə keçirilən görüş zamanı NSÖT səfiri (E.) Serdar Kılıç tərəfindən Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova və 26 fevral 2025-ci ildə ölkəmizə etdiyi səfər zamanı Azərbaycanın Prezidentinin Xarici İşlər üzrə köməkçisi Hikmət Hacıyevə birbaşa məlumat verilmişdir".

 

Oxşar Xəbərlər