ABŞ maliyyə naziri: Çin eskalasiyaya getdi, Tramp cəsarətlə cavab verdi
ABŞ maliyyə naziri Skott Bessent Çinlə münasibətlərin gərginləşməsinin ticarət müharibəsi olmadığını deyib.
32gun.az xəbər verir ki, o bildirib ki, Çin eskalasiyaya gedib və prezident Donald Tramp buna cəsarətlə cavab verib.
“Çinin bu addımlarının onun öz iqtisadiyyatına ABŞ-ın maliyyə sistemindən daha çox təsir edəcəyinə əminəm,” – deyə o əlavə edib.
9 aprel tarixində Tramp ABŞ-ın 75-dən çox ölkəyə tətbiq etdiyi tarifləri 90 gün müddətinə dayandırıb. Çinlə bağlı tariflər isə qüvvədə qalır və bu gün 125 faizə qədər artırılıb.
Bundan əvvəl Çin Turizm Nazirliyi vətəndaşlarını ABŞ-a səfərlərdən çəkinməyə çağırıb. Nazirlik bunun səbəbi kimi ABŞ-da daxili təhlükəsizlik problemlərini və Pekinlə Vaşinqton arasındakı iqtisadi münasibətlərin pisləşməsini göstərib.
Ayxan