DÜNYA ÖZ XƏBƏR

12 metrlik şpunt dayaqları fəhlənin üstünə düşdü - Dəhşətli hadisə

Sankt-Peterburqda işçi tikinti sahəsində şpuntun üzərinə düşməsi nəticəsində ölüb

Sankt-Peterburqda tikinti sahəsində işçi 12 metrlik şpunt dayaqlarının onun üzərinə düşməsi nəticəsində həyatını itirib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə şəhərin Dövlət Əmək Müfəttişliyi məlumat yayıb.

Hadisə Stançek prospektində, 64 nömrəli ünvanda baş verib. İşlər görülərkən bir işçinin üzərinə böyük ölçülü şpunt düşüb və onu xilas etmək mümkün olmayıb.

Hadisə yerinə gələn İstintaq Komitəsi və Dövlət Əmək Müfəttişliyi əməkdaşları ərazidə baxış keçirib. Hadisənin səbəbləri hələ də araşdırılır.

78.ru telekanalı hadisənin tikinti sahəsində işin düzgün təşkil olunmaması nəticəsində baş verdiyini bildirir. Şpuntun düzgün bərkidilmədiyi ehtimal olunur.

Bundan əvvəl, Kurganda bir kişi iş yerində pivə içərək sürüşüb və nasos stansiyasının şaxtasına düşərək baş beyin travması almışdı.

Ayxan 

Oxşar Xəbərlər