ABŞ-ın Nevada ştatında 71 yaşlı bir pensiyaçının bir neçə il ərzində evində yeddi pələngi qanunsuz olaraq saxladığı məlum olub.
32gun.az Ndtv telekanalına istinadən yazır kiYerlə bağlı hüquq-mühafizə orqanları bu barədə məlumat alaraq vəhşi heyvanları götürüblər.
Kişi onları "emosional dəstək" məqsədilə saxladığını iddia edir.
Polis şəxsin evində yeddi pələng saxladığını öyrəndikdə, o, könüllü olaraq qəfəsin açarlarını verməkdən imtina edib. Polis əməkdaşları heyvanların vəziyyətini yoxlamaq üçün veterinara giriş vermək istəyib.
71 yaşlı Karl Miçellin bu vəhşi heyvanları saxlamaq üçün uyğun icazəsi olmalıydı, lakin onun bu sənədi olmayıb. Həmin şəxs öz günahını etiraf etməyib.
O, pələnglərin hamısını xilas etdiyini və onları Oklahomadakı keçmiş heyvanat bağı sahibindən, "Joe Exotic" adı ilə tanınan Cozef Maldonadodan götürdüyünü bildirib. Pələnglərin indiki məskəni barədə isə heç bir məlumat verilmir.
2019-cu ildə Joe Exotic, insanlar öldürmək və heyvanlara işgəncə verməkdə günahkar bilindi və həbs olunub.
Nilay