Pskov Dövlət Universitetinin rektoru Natalya İlyina saxtakarlıq cinayət işi üzrə həbs olunub.
32gun.az bildirir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Rektor iki ay müddətinə həbs edilib.
İnterfaks yazır ki, rektorun vəkili İlyina üçün ev dustaqlığı tələb edib.
İstintaqın versiyasına görə, rektor universitetdə mövcud olmayan bir işçini işə qəbul edərək təxminən 10 milyon rubl məbləğində vəsaiti mənimsəyib. Həmçinin, istintaq İlyinanın universitetdə işlədiyi müddətdə Moskvada ümumi dəyəri 40 milyon rubl olan iki mənzil satın aldığını bildirib.
Ayxan