DÜNYA ÖZ XƏBƏR

Dövlət Xəstəxanasını su basdı - TÜRKİYƏDƏ

Hakkarinin Şemdinli rayonunda güclü leysan yağışı həyatın normal axarını pozub.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, güclü yağış səbəbindən Şemdinli Dövlət Xəstəxanasının birinci mərtəbəsini su basıb.

Dünəndən bəri davam edən yağış və fırtına axşam saatlarında daha da şiddətlənib. Nəticədə xəstəxananın bəzi otaqları və dəhlizlərində su yığılıb. Hadisədən dərhal sonra xəstəxana əməkdaşları operativ şəkildə hərəkətə keçərək suyun təxliyəsini təmin ediblər.

Rəsmi şəxslər bildiriblər ki, suyun çəkilməsindən sonra xəstəxananın normal fəaliyyətini bərpa etmək üçün zəruri tədbirlər görüləcək.

Ayxan

Oxşar Xəbərlər