DÜNYA ÖZ XƏBƏR

Trampın rüsum qərarından sonra amerikalılar ərzaq yığmağa başlayıb

ABŞ-da Trampın gömrük rüsumları fonunda ərzaq ehtiyatlarına tələbat artıb

ABŞ sakinləri prezident Donald Trampın 2 aprel tarixində 185 ölkədən idxal olunan mallara qarşı yeni gömrük rüsumları tətbiq etməsi fonunda ərzaq və gündəlik tələbat mallarını kütləvi şəkildə almağa başlayıblar.

32gun.az bildirir ki, bu barədə The Independent məlumat yayıb.

Yerli sakinlər uzunmüddətli yararlılıq müddətinə malik məhsullara — lobya, konservlər, un və ucuz markaların məhsullarına üstünlük verirlər. Logistika şirkəti GCG-nin təsisçisi Maniş Kapurun sözlərinə görə, insanlar pandemiya dövründə yaşanan çatdırılma zənciri pozuntuları və məhsul qıtlığı ilə bağlı narahatlıqlarını yenidən hiss etməyə başlayıblar.

Kapur əlavə edib ki, əhali qiymətlərin artacağından ehtiyat edir və buna görə də əvvəlcədən ehtiyat görməyə çalışır.

Xatırladaq ki, Trampın təqdim etdiyi yeni sistemə əsasən, bütün idxal mallarına 10%-lik baza rüsumu tətbiq olunub. Lakin bəzi ölkələr üçün bu faiz daha yüksək müəyyənləşdirilib: Çin üçün 34%, Vyetnam üçün 46%, Avropa İttifaqı üçün isə 20%. Çin də cavab olaraq ABŞ məhsullarına 34%-lik gömrük rüsumları tətbiq edib. Dünyanın müxtəlif ölkələrinin liderləri Trampın qərarını tənqid edərək, cavab tədbirləri görəcəklərini bildiriblər.

Ayxan 

Oxşar Xəbərlər