Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, ABŞ və Panama Amerika hərbi gəmilərinin Panama kanalından prioritet və sərbəst keçməsi haqqında çərçivə sazişi imzalayıb.
32gun.az bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib .
O, kanalın Panamanın Çinlə deyil, ABŞ ilə birgə müdafiə etməli olduğu əsas sahə olduğunu deyib.
Tərəflər həmçinin regionda təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyətə dair anlaşma memorandumu imzalayıblar.
Mart ayında NBC telekanalı bildirmişdi ki, ABŞ Çinin Panama kanalı üzərində təsirini azaltmaq üçün Panamada hərbi mövcudluğunu artıra bilər. Pentaqon Panama ordusu ilə hərbi əməkdaşlığın dərinləşdirilməsindən tutmuş kanalın ələ keçirilməsinə qədər müxtəlif variantları nəzərdən keçirirdi. Üstəlik, güc tətbiqinə yalnız Panama rəhbərliyi əməkdaşlıqdan imtina etdikdə icazə verilirdi.
ABŞ prezident seçkilərində qalib gəldikdən sonra Donald Tramp Panama kanalına nəzarəti bərpa etmək planlarını açıqlayıb . ABŞ lideri bildirib ki, kanalın 1999-cu ildə Panamaya verilməsi “axmaqlıqdır”. Respublikaçının fikrincə, ölkə hakimiyyəti hərbi gəmilərin keçidinə görə ABŞ-dan həddən artıq çox pul tələb edir.
Ayxan