DÜNYA ÖZ XƏBƏR

ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink istefa verib

Aprelin 10-da Dövlət Departamenti ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brinkin istefa ərizəsini təqdim etdiyini təsdiqləyib. 

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, İnternetdə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brinkin vəzifəsini tərk etmək niyyətində olduğu barədə məlumat yayılıb. Daha sonra Dövlət Departamenti xəbərin doğruluğunu təsdiqləyib.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tammi Bryusun sözlərinə görə, Brink ABŞ-ın Ukraynadakı səfiri rolunda özünü əla göstərib, lakin onun vətənə qayıtmasının vaxtı çatıb.

Dövlət Departamentinin sözçüsü "O, əla iş gördü və biz ona ən yaxşısını arzulayırıq" deyib. 

Bundan əvvəl xəbər verilmişdi ki, Bridcet Brink nəinki ABŞ-ın Ukraynadakı səfiri postunu tərk etmək, hətta yaxın aylarda diplomatik xidməti tamamilə tərk etmək niyyətindədir. Analitiklər qeyd ediblər ki, Brinkin qərarı Vaşinqtonla Kiyev arasında münasibətlərə qeyri-müəyyənlik əlavə edəcək.

Nilay 

Oxşar Xəbərlər