DÜNYA ÖZ XƏBƏR

46 yaşlı şirkət sahibi evdə ölü tapılıb

Muğlanın Marmaris rayonunda 46 yaşlı proqram təminatı şirkətinin ortağı evində ölü tapılıb.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki,Tepe məhəlləsindəki bir mənzildə yaşayan proqram təminatı şirkətinin ortaqlarından Ahmet Koçdan (46) xəbər ala bilməyən yaxınları onun evinə gedib. Koçu yerdə hərəkətsiz vəziyyətdə tapan yaxınları dərhal 112 Təcili Yardım Xəttinə məlumat veriblər. İhbar əsasında hadisə yerinə polis və tibbi yardım əməkdaşları cəlb olunub.

İlkin araşdırmalara əsasən, Ahmet Koçun həyatını itirdiyi müəyyən edilib. Onun nəşi növbətçi Respublika Prokuroru və tibbi ekspertin araşdırmasından sonra müayinə üçün Muğla Yerkesik Məhkəmə-Tibbi Ekspertiza İdarəsinə göndərilib. Hadisə ilə bağlı istintaq davam etdirilir.

Ayxan

Oxşar Xəbərlər