DÜNYA ÖZ XƏBƏR

Bankomatı partlatmaqla pul oğurlamaq istədilər - ANBAAN VİDEO

Rusiyada Stavropolda bankomatı partlatmaqla oradakı pulları oğurlamaq istəyən iki nəfər saxlanılıb.

32gun.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun verdiyi məlumat verib. 

Hadisə 10 aprel tarixində şəhərin ticarət mərkəzlərindən birində baş verib. Təxminən 4 milyon rublun olduğu bankomatı partladan cinayətkarlar pulları ələ keçirmək istəsələr də, buna nail ola bilməyiblər. Məlumat hüquq-mühafizə orqanlarına ötürülüb.

Əraziyə gələn polis əməkdaşları cinayətkarların qaçdıqları avtomobilin marşrutunu izləyərək birinci şübhəlini Kuşevskaya stanitsası yaxınlığında, digərini isə Solneçnodolsk qəsəbəsində saxlayıblar.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 158-ci maddəsinin 4-cü hissəsi üzrə cinayət işi başlanıb. Saxlanılan şəxslər istintaq hərəkətləri üçün polis idarəsinə aparılıblar.

Nilay 

Oxşar Xəbərlər