ABŞ Dövlət Departamentinə xristian əleyhinə fikirləri olan əməkdaşlar haqqında məlumat vermək tapşırılıb
ABŞ Dövlət Departamentinə xristian əleyhinə baxışları olan əməkdaşlar haqqında məlumat toplamaq tapşırılıb.
32gun.az bildirir ki, bu barədə Politico nəşrinin məlumat yayıb.
Dövlət Departamenti anonim hesabatlarla xristian qarşıtı mülahizələri müəyyən etməyi planlaşdırır. Hesabatlarda "önəmli tarixlər, iştirakçıların adları və hadisələrin baş verdiyi yer" də göstəriləcək. Lakin hansı tədbirlərin görüləcəyi və ya şikayət edilən şəxslərin taleyi barədə məlumat verilmir.
ABŞ prezidenti Donald Trampın administrasiyası, icra hakimiyyətinin bütün qurumlarında "qanunsuz xristian əleyhinə praktikaların" olub-olmamasını yoxlamaq məqsədilə xüsusi bir qrup yaradıb.
Bundan əvvəl Tramp bildirmişdi ki, Tanrı onu xilas edib ki, Amerikayı yenidən böyük etsin. İlk sui-qəsd cəhdindən sonra isə o, Tanrının onu "dünyanı və Amerikayı xilas etmək" üçün xilas etdiyini demişdi. Trampın sözlərinə görə, onun ilahi missiyasını onun seçkilərdə qələbəsi təsdiqləyəcək.
Nilay