DÜNYA ÖZ XƏBƏR

Parkda 16 yaşlı yeniyetmə mübahisə etdiyi şəxs tərəfindən bıçaqlandı

Türkiyədə Aksarayda 16 yaşlı yeniyetmə mübahisə etdiyi şəxs tərəfindən ayağından bıçaqlanıb.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki,  hadisə Kılıçaslan məhəlləsində 1327-ci küçədə yerləşən parkda baş verib. Məlumata görə, parkda dostları ilə əyləşən xarici ölkə vətəndaşı MH (16) xarici ölkə vətəndaşı tərəfindən yaxınlaşıb və naməlum şəxs “niyə baxdın?” sualını verib və mübahisəyə başlayıb.

MH-nin baxmadığını deməsindən sonra başlayan mübahisə tez bir zamanda davaya çevrilib. Dava zamanı şəxsiyyəti hələ müəyyənləşdirilməyən şəxs üzərində olduğu bıçağı çıxararaq M.H.-nin ayağının iki yerindən bıçaqlayıb. Uşaq yerə yıxılarkən ətrafdakı vətəndaşlar vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər.

Xəbərdarlıqdan sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Hadisə yerinə gələn 112 Təcili Yardım qrupları yaralı yeiyetməni təcili yardımla Aksaray Təhsil və Araşdırma Xəstəxanasına aparıb. Yaralı uşaq müalicə altına alınıb, səhhətinin yaxşı olduğu öyrənilib.

İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsi qrupları hücumu reallaşdıran şübhəlinin tutulması üçün iş başladılıb.

Ayxan

Oxşar Xəbərlər