DÜNYA ÖZ XƏBƏR

Lavrov Rusiyanın Qərb sanksiyalarının mümkün ləğvi ilə bağlı mövqeyini açıqlayıb

Rusiya Qərb ölkələrinin arxasınca qaçmır və iqtisadi məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmir, üstəlik, sanksiyaların götürülməsi bir sıra şərtlərlə bağlıdır.

32gun.az bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin “Kommersant” qəzetinə müsahibəsində bildirib .

"İqtisadi qarşılıqlı fəaliyyət 10 il əvvəl rekord olan 30 milyard dollarla müqayisədə 95% azalıb.  Biz, bildiyiniz kimi, cəmiyyətimizdəki müzakirələri izləyirsinizsə, biz heç kimin dalınca qaçmırıq, sanksiyaların ləğvini tələb etmirik", - Rusiya XİN rəhbəri bildirib. 

O qeyd edib ki, məhdudiyyətlər aradan qaldırılarsa, Rusiya Federasiyası heç bir kritik vacib sahələrdən asılı olmamalıdır və dünya iqtisadiyyatının qloballaşması kimi bir fenomenin “artıq mövcud olmadığını” xatırladıb.

Aprelin 14-də mətbuat konfransı zamanı ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinə görə Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar tətbiq edib -etməyəcəyi ilə bağlı sualı cavablandırmaqdan yayınıb .

Nilay 

Oxşar Xəbərlər