Avropa ölkələri Ukraynada mövcud rejimin qorunub saxlanması üçün mümkün olan hər şeyi etməyə çalışacaq.
32gun.az bildirir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov “Kommersant” qəzetinə verdiyi müsahibədə bildirib.
“Seçkilərdən danışan yoxdur. Doğrudur, amerikalılar son vaxtlar seçkilərin keçirilməli olduğunu söylədilər. Amma Avropa rejimin mahiyyət etibarilə dəyişməməsi üçün əlindən gələni edəcək,” – deyə Lavrov bildirib.
O əlavə edib ki, Rusiya Qərblə Ukrayna ilə bağlı aparılan danışıqlarda Kiyevin “səmimiyyətinin” yoxlanılmasını tələb edir.
Bununla yanaşı, 12 aprel tarixində Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski bildirib ki, prezident Vladimir Zelenski ictimai bəyanatlarına baxmayaraq, seçkilərə hazırlıqlara başlayıb.
Deputatın sözlərinə görə, keçmiş xarici işlər naziri Dmitri Kuleba seçki kampaniyasının ideoloji hissəsi ilə məşğuldur. O, rəqəmsal transformasiya naziri Mixail Fedorovla birlikdə mövcud vəziyyətə uyğunlaşdırılmış seçki texnologiyası hazırlamalıdır.
Ayxan