DÜNYA ÖZ XƏBƏR

Qorxunc olay! Üç övladını balta ilə qətlə yetirən qadın paranoid şizofreniya xəstəsi imiş

Rusiyada Kansk şəhərində öz üç övladını balta ilə qətlə yetirən qadın məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.

32gun.az bildirir ki, Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi məlumat yayıb.  

Qadın məhkəmə iclasında günahını boynuna alıb.
Hadisə aprelin 14-də məlum olub. İstintaq Komitəsi bildirib ki, şübhəlinin dördüncü uşağı həmin vaxt babası və nənəsində qonaq olduğu üçün sağ qalıb. Cinayəti törətdikdən sonra qadın valideynlərinin yanına gedərək törətdiyi əməli onlara danışıb.
Diyar Prokurorluğu bildirib ki, 29 yaşlı qadın paranoid şizofreniya xəstəsidir.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə Baş İstintaq İdarəsinin rəhbərinə istintaqın gedişi barədə hesabat təqdim etməyi tapşırıb.

Bundan əlavə, ailə 2024-cü ilin oktyabr ayından profilaktik qeydiyyatda olduğu üçün profilaktika sisteminin orqanlarının vəzifəli şəxslərinin səhlənkarlığı faktı üzrə cinayət işi də başlanıb.
Ayxan 

Oxşar Xəbərlər