DÜNYA ÖZ XƏBƏR

Evinin qarşısında qətlə yetirilən şəxsin 8-ci məhkəməsində də qərar çıxarılmadı

Türkiyədə Burdurun Bucak rayonunda naməlum şəxslər tərəfindən evinin qarşısında qətlə yetirilən Gökhan Tombakın cinayət işinin 8-ci iclasında qərar çıxarılmayıb.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki,  Burdur 2-ci Ağır Cəza Məhkəməsində hadisə ilə bağlı davam edən işin 8-ci iclası keçirilib. Həbs olunmadan mühakimə olunan şübhəlilər Həsən U., Emrah T. (28), Əhməd U. (28), Əhməd S. (28), Muhammet A. (22), Səlahəddin A. və mərhum Gökhan Tombakın həyat yoldaşı Asuman Tombak, anası Fatiha Tombak, qardaşı Gürel Tombak, oğlu Kamal Tombak və tərəflər məhkəmə salonunda vəkillik edib. İclasda şahidlər Osman K., Hakkı Ö., Mustafa T., Əhməd G. dinlənilib. Tombak ailəsinin vəkilləri həbs olunmadan mühakimə olunan şübhəlilərin həbs olunmasını istəyib.

Mərhum Gökhan Tombakın oğlu Kamal Tombak, anası Fatiha Tombak və qardaşı Gürel Tombak da müttəhimlərin həbsini tələb edərkən, həyat yoldaşı Asuman Tombak "Ərim məzarda, qatillər çöldə. Uşaqlarım zərər çəkmiş halda müttəhimlərin gəzişməsinə dözə bilmirəm. Təqsirləndirilən şəxslərin ədalət mühakimə olunmasını tələb edirəm" dedi.

Təqsirləndirilən şəxslərin vəkilləri və təqsirləndirilən şəxslər də bəraət hökmünün çıxarılmasını istəyiblər. Məhkəmə iclası bir müddət təxirə salaraq, dosyedəki çatışmayan məqamların aradan qaldırılmasına və təqsirləndirilən şəxslərin məhkəməsinin həbssiz davam etdirilməsinə qərar verib və iclası başqa bir tarixə təxirə salıb.

Xatırladılır ki, 2022-ci il dekabrın 1-də Bucak rayonunun Karaalilər kəndində baş verən hadisədə Gökhan Tombak naməlum şəxslər tərəfindən tüfənglə öldürülüb. Jandarma tərəfindən aparılan istintaq nəticəsində nəzarətə alınan Həsən U. (56) və Emrah T. ədliyyəyə çıxarıldıqdan sonra qəsdən adam öldürmə ittihamı ilə həbs olunub.

Bir müddət həbsdə olan iki şübhəli dəlil olmadığı üçün sərbəst buraxılıb.

Ayxan

Oxşar Xəbərlər