Çin Dövlət Şurasının Tayvan işləri üzrə ofisinin rəsmi nümayəndəsi Çju Fenlyan bildirib ki, Tayvan rəhbərliyi ABŞ-la münasibətlərə xatir adanın sənaye inkişafını qurban verib.
32gun.az bildirir ki, onun acıqlamasını "Sinhua" agentliyi yayıb.
"Lay Tsinde administrasiyası müstəqilliyə can ataraq, ABŞ-ın yüksək rüsumları müqabilində könüllü olaraq əsas sənaye sahələrini satır ki, bu da diqqətlə yaradılmış Amerika-Tayvan münasibətləri imicinin dağılmasına səbəb olur", - deyə rəsmi şəxs bildirib.
Çju Fenlyan əlavə edib ki, Tayvan administrasiyası milli maraqları və sənaye inkişafının perspektivlərini nəzərə almadan ABŞ-a böyük satınalma və investisiya proqramı təklif edir. Rəsmi şəxs bu cür "ABŞ qarşısında baş əyməyi" alçaldıcı adlandırıb.
Pekin Tayvanı Çin Xalq Respublikasının ayrılmaz hissəsi hesab edir, "vahid Çin" prinsipinə riayət olunması isə Çinlə diplomatik münasibətlər qurmaq və ya saxlamaq istəyən digər dövlətlər üçün məcburi şərtdir.
Bir qədər əvvəl ABŞ Konqresi nümayəndə heyətinin aprelin 16-dan 19-dək Tayvanda səfərdə olacağı bildirilmişdi. Onların Vaşinqton və Taybey arasında münasibətləri, eləcə də regional təhlükəsizlik, ticarət və investisiyaları müzakirə etmək üçün Tayvan rəhbərliyi ilə danışıqlar aparacağı gözlənilir.
Bundan əlavə, Tayvan Müdafiə Nazirliyi mart ayında Çin qoşunlarının 2027-ci ildə işğal edə biləcəyini bildirmişdi. Qurum illik hərbi təlimlər çərçivəsində mümkün döyüş əməliyyatlarının başlama tarixini açıqlamışdı.
Ayxan