ABŞ-ın keçmiş prezidenti Co Bayden Çikaqoda çıxışı zamanı hazırkı administrasiyanı sərt tənqid edib.
32gun.az bildirir ki, onun sözlərini CNN telekanalı sitat gətirib.
"100 gündən az bir müddətdə bu yeni administrasiya bu qədər işlər gördü - bu qədər zərər və bu qədər dağıntı törətdi. Onlar sosial təminat idarəsinə zərbə endirərək ən təcrübəli məmurlar da daxil olmaqla 7 min işçini işdən çıxardılar", - deyə keçmiş prezident qəzəblənib.
Baydenin sözlərinə görə, Trampın komandası "hər şeyi dağıdır". O, çıxışı zamanı heç vaxt varisini adıyla çağırmayıb, "bu adam" ifadəsindən istifadə edib.
Tramp hakimiyyətə gəldikdən sonra Ağ Ev həqiqətən də məmurların kütləvi ixtisarına başladı. Mart ayında "The New York Times" qəzeti ABŞ hakimiyyətinin ölkənin Daxili Təhlükəsizlik Nazirliyindəki demək olar ki, bütün vətəndaş hüquqları şöbəsini işdən çıxardığını xəbər vermişdi.
Ayxan