DÜNYA ÖZ XƏBƏR

Bələdiyyəsinə qarşı əməliyyat: 5 nəfər saxlanılıb

Türkiyədə İzmirdə Kemalpaşa Bələdiyyəsinə qarşı dövlət xərclərindəki qanunsuzluqlarla bağlı əməliyyat keçirilib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əməliyyat zamanı vitse-prezident də daxil olmaqla 5 şübhəli saxlanılıb.

Kemalpaşa Baş Prokurorluğu Kemalpaşa Bələdiyyəsinin ötən il 29 Oktyabr Respublika Günü üçün təşkil etdiyi, lakin Ankarada törədilən terror aktı səbəbindən ləğv edilən Gülşən konserti ilə bağlı dövlət xərclərində qanun pozuntularının olduğu xəbərinin ardından araşdırma aparıb.

İstintaq çərçivəsində 5 şübhəli barəsində dələduzluq yolu ilə dövlət qurumuna ziyan vurmaqla haqsız üstünlük əldə etmək ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Polis qrupları, Kemalpaşa Bələdiyyə Başçı Vəkili AB, daha əvvəl bələdiyyənin bu mövzuda apardığı inzibati istintaq çərçivəsində vəzifəsindən uzaqlaşdırılan köhnə Mədəniyyət və İctimai işlər müdiri HB, bələdiyyə işçisi SK və BB, təşkilat işçisi S.P saxlanılıb. 

Nilay

Oxşar Xəbərlər