DÜNYA ÖZ XƏBƏR

Tramp aprelin sonuna qədər Ukraynada atəşkəs əldə etmək istəyir

ABŞ prezidenti Donald Tramp prezidentliyinin ilk 100 günü ərzində Ukraynada atəşkəsə nail olacağına ümid edir.

32gun.az bildirir ki, bu barədə The Economist insayderlərə istinadən xəbər verib. 

"O, Tramp bir gün ərzində Ukraynadakı münaqişəni dayandıracağına söz verdi. İndi insayderlər onun aprelin sonuna qədər atəşkəsə nail olmaq niyyətində olduğunu iddia edirlər", - nəşr yazıb. 

Tramp əvvəllər dəfələrlə Bayden administrasiyasının böhranın həllinə yanaşmasını tənqid edib: 

“Donald Tramp ümid edir ki, səlahiyyət müddətinin ilk 100 günü müharibəni bitirmək üçün açar olacaq”.

Aprelin 17-də Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında ABŞ dövlət katibi Marko Rubio və prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşüb . Onlar Ukraynadakı münaqişənin həllini müzakirə ediblər.

Həmin gün ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus bəyan edib ki, Ukraynadakı münaqişə hərbi yolla həll edilə bilməz.

Nilay 

Oxşar Xəbərlər