Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 17-də ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
32gun.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi öz saytında dialoqun təfərrüatlarını dərc edib.
Parisdə olan Dövlət katibi, orada Ukrayna, Fransa və bir sıra digər Avropa ölkələrinin nümayəndələri ilə keçirdiyi görüşlər haqqında məlumat verib. Qeyd olunub ki, adı çəkilən görüşlər, Vaşinqton və Moskva arasında aparılan məsləhətləşmələr, o cümlədən Rusiya Prezidenti V.V.Putinin Sankt-Peterburqda S.Uitkoffla son söhbəti mövzusunda baş tutub.
S.V.Lavrov Moskvanın Ukrayna böhranının köklü səbəblərinin etibarlı şəkildə aradan qaldırılması məqsədilə amerikalı həmkarları ilə birgə işi davam etdirməyə hazır olduğunu təsdiq edib.
Nazir və Dövlət katibi, amerikalılar və avropalıların gələn həftə Ukrayna tərəfi ilə planlaşdırılan görüşlərini nəzərə alaraq, operativ əlaqəni davam etdirmək barədə razılığa gəliblər.
Nilay