DÜNYA ÖZ XƏBƏR

Tramp Rusiyanın Ukraynadakı atəşkəsə cavabını açıqlayıb

ABŞ prezidenti Donald Tramp bəyan etdi ki, dünya bu həftə Ukraynada atəşkəs haqqında Rusiyanın mövqeyini eşidəcək.

32gun.az bildirir ki, onun acıqlamasını "Bloomberg" agentliyi yayıb.

"Biz bu barədə bu həftə Rusiyadan eşidəcəyik", - Tramp deyib. 

Aprelin 14-də ABŞ prezidenti bildirdi ki, Ukraynada atəşkəs məsələsi üzrə Rusiya lideri Vladimir Putinə "son tarix" təyin edib. O, bu tarix barədə heç bir təfərrüat verməyib. 

Eyni zamanda, "The Economist" jurnalı mənbələrə istinadən bildirdi ki, Tramp aprelin sonuna qədər Ukraynada sülh elan etmək istəyir.
Aprelin 7-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir, lakin əvvəlcə hələ də "havada qalan" bəzi suallara cavab almaq lazımdır.

Kremlin nümayəndəsi qeyd etdi ki, bu suallar Ukrayna tərəfinə, həmçinin bir sıra ekstremist və millətçi bölmələrə nəzarət etməyin mümkünsüzlüyü ilə bağlıdır. Rusiya həmçinin Kiyevin gələcək hərbiləşdirilməsi məsələsinə aydınlıq gətirilməsini gözləyir.

Nilay 
 

Oxşar Xəbərlər