DÜNYA ÖZ XƏBƏR

Sürücü münaqişə zamanı kuryerə atəş açıb

Rusiyada Lyubertsı şəhərinin Oktyabrski prospektində yerləşən evlərdən birinin yaxınlığında atışma olub.

32gun.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumata görə, münaqişə avtomobilin sürücüsü ilə yemək aparan şəxs arasında baş verib. “Moskva 24” yazır ki, onlardan biri rəqibinə, ehtimal ki, travmatik tapançadan atəş açıb, sonra isə qaçıb:  "1977-ci il təvəllüdlü kişi kuryer bədən xəsarətləri alıb. "Ona yerindəcə tibbi yardım göstərilib".

Hazırda polis əməkdaşları atəş açan şəxsin şəxsiyyətini müəyyənləşdirir, həmçinin cinayətkarın axtarışı və saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

Ayxan 

Oxşar Xəbərlər